Gənclərin gələcək karyerasında və cəmiyyətin inkişafında ali təhsil mühüm rol oynayan amillərdən biridir. Hər il minlərlə abituriyent ali məktəblərə qəbul olmaq üçün səy göstərir və onların əksəriyyəti ölkənin aparıcı təhsil müəssisələrinə üstünlük verir.
Maraqlıdır, Qarabağ regionu üzrə abituriyentlər ən çox hansı universitetlərə qəbul olub?
AzEdu.az-ın Dövlət İmtahan Mərkəzindən (DİM) aldığı məlumata əsasən, Ağcabədi şəhəri üzrə abituriyentlərin ən çoxu Bakı Dövlət Universitetinə qəbul olub.
Ağdam rayonu üzrə abituriyentlərin ən çoxu Azərbaycan Dövlət Pedaqoji Universiteti, Bakı Dövlət Universiteti və Mingəçevir Dövlət Universitetinə qəbul olub.
Bərdə rayonu üzrə abituriyentlərin ən çoxu Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət Pedaqoji Universitetinə qəbul olub.
Füzuli rayonu üzrə abituriyentlərin ən çoxu Bakı Dövlət Universitetinə qəbul olub.
Xocalı rayonu üzrə abituriyentlərin ən çoxu Gəncə Dövlət Universitetinə qəbul olub.
Xocavənd rayonu üzrə abituriyentlərin ən çoxu Azərbaycan Dövlət Pedaqoji Universiteti və Azərbaycan Dövlət İqtisad Universitetinə qəbul olub.
Şuşa rayonu üzrə abituriyentlərin ən çoxu Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət Pedaqoji Universitetinə qəbul olub.
Tərtər rayonu üzrə abituriyentlərin ən çoxu Bakı Dövlət Universiteti,Azərbaycan Dövlət Pedaqoji Universiteti və Gəncə Dövlət Universitetinə qəbul olub.