Azedu.az

Sarıcalı körpələr evi-uşaq bağçası zəruri avadanlıqlarla təchiz olunub - FOTO

Qarabağ Regional Təhsil İdarəsi

28 Mart 2025, 14:01
Sarıcalı körpələr evi-uşaq bağçası zəruri avadanlıqlarla təchiz olunub - FOTO

Sarıcalı körpələr evi-uşaq bağçasına 100 azyaşlı yerləşdirilə bilər.

AzEdu.az APA-ya istinadən xəbər verir ki, İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 27-də Sarıcalı kənd körpələr evi-uşaq bağçasının açılışında iştirak ediblər.

Bildirilib ki, müasir standartlara uyğun inşa edilmiş 100 yerlik körpələr evi-uşaq bağçasında azyaşlıların təlim-tərbiyəsi və onların sağlam mühitdə yetişmələri üçün hər cür şərait var.

Otaqların hamısı zəruri avadanlıqla təchiz olunub. Burada balacaların ilk yaşlarından intellektual, fiziki və əqli inkişafının təmin edilməsi, onların istedad və qabiliyyətlərinin üzə çıxarılması, sağlamlıqlarının qorunması, insanlarla ünsiyyətin qurulması kimi meyarlara xüsusi diqqət yetiriləcək. Körpələr evi-uşaq bağçasında 5 qrup fəaliyyət göstərəcək.

Bağçanın ərazisində uşaqların əylənməsi üçün meydança yaradılıb, müxtəlif attraksion və idman qurğuları quraşdırılıb, geniş abadlıq işləri görülüb.

KRİTİK AÇIQLAMA! Rusiya yeni işğallara başlayır
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox