Azedu.az

Qarabağ RTİ-də 52 əməkdaş işlə təmin edilib - YENİLƏNİB

Qarabağ Regional Təhsil İdarəsi

14 Yanvar 2025, 12:06
Qarabağ RTİ-də  52 əməkdaş işlə təmin edilib - YENİLƏNİB

Mediada Qarabağ Regional Təhsil İdarəsi tərəfindən çoxsaylı əməkdaşın işdən azad olunması ilə bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir.

AzEdu.az-a bu barədə Qarabağ Regional Təhsil İdarəsindən məlumat verilib.

Bildirilib ki, 2025-ci ildən etibarən regional təhsil idarələrinin strukturunda müvafiq dəyişiklik edilib.

Bununla əlaqədar olaraq, metodiki kabinetlərdə çalışan metodistlər razılıqları əsasında ümumi təhsil müəssisələrində müvafiq vəzifələrə yerləşdirilib.

Eyni zamanda metodiki kabinetdə texniki vəzifələrdə çalışan işçilər isə idarədə vəzifə maaşı eyni olan digər texniki işçi vəzifələrinə keçirilib.

Ümumilikdə 61 əməkdaşın 52-nin işlə təminatı artıq həyata keçirilib, digər əməkdaşlarla bağlı müvafiq proses icra edilməkdədir.

 

11:13

Qarabağ Regional Təhsil İdarəsində 53 əməkdaşın işdən çıxarıldığı bildirilir.

AzEdu.az Oxu. Az-a istinadən xəbər verir ki, bu barədə məlumat vətəndaşlar tərəfindən sosial mediada paylaşılıb.

Bildirilib ki, sözügedən əməkdaşlar (metodist) metodiki kabinetin bağlanmasına görə məcburi ərizə yazdırılaraq işdən xaric ediliblər.

Sözügedən məsələ ilə bağlı Qarabağ Regional Təhsil İdarəsinə sorğu ünvanlanıb.

Xatırladaq ki, daha öncə Lənkəran-Astara Regional Təhsil İdarəsində  18 əməkdaş (metodist), Azərbaycan İdman Akademiyasında da xeyli sayda əməkdaş vəzifəsindən azad edilib.

Britaniya hərəkətə keçdi - Ukraynaya 30 minlik QOŞUN göndərilir
Son xəbərlərDaha çox