Azedu.az

Qarabağ RTİ-də MİQ ilə işə qəbul olunanların SAYI 

Qarabağ Regional Təhsil İdarəsi

23 Sentyabr 2024, 11:10
Qarabağ RTİ-də MİQ ilə işə qəbul olunanların SAYI 

Xəbər verdiyimiz kimi, 2-10 iyul tarixlərində ölkənin 18 müxtəlif şəhər və rayonu üzrə ümumilikdə 39 imtahan mərkəzini əhatə edən müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanları yekunlaşıb.

 

MİQ üzrə test imtahanlarına 61 000-ə yaxın namizəd dəvət olunub, onlardan 50 264 namizəd iştirak edib.

 

Bəs, görəsən, region üzrə neçə müəllim MİQ yolu ilə işə qəbul olub?

 

Mövzu ilə bağlı AzEdu.az Təhsil Portalı olaraq Qarabağ Regional Təhsil İdarəsiylə əlaqə saxladıq.

 

İdarədən bildirilib ki, region üzrə 1333 vakant yer verilib. Onlardan 935 nəfər daimi, 441 nəfər isə müddətli əsaslarla qəbul olub.

 

1376 müəllim isə ilk dəfə şagird qarşısına çıxacaq.

 

İdarədən qeyd edilib ki, bu bölgəyə 22 məktəb direktoru , 43 tərbiyəçi-müəllim təyin olunub.

 

Qeyd edək ki, 2 nəfər işdən azad olunub.

Britaniya hərəkətə keçdi - Ukraynaya 30 minlik QOŞUN göndərilir
Son xəbərlərDaha çox