Azedu.az

Köhnə məktəb binasında yanğın olub, xəsarət alan var - YENİLƏNDİ

Qarabağ Regional Təhsil İdarəsi

22 Sentyabr 2024, 13:15
Köhnə məktəb binasında yanğın olub, xəsarət alan var - YENİLƏNDİ

 

Bu gün səhər saatlarında Bərdə rayonunda köhnə məktəb binasındakı baş verən yanğının bəzi təfərrüatları məlum olub.

AzEdu.az xəbər verir ki, yanğın zamanı 1994-cü ilə təvəllüdlü Miriyev Ceyhun Təvəkkül oğlu xəsarət alıb.

Hadisədən sonra yaralı təcili tibbi yardım avtomobili ilə Bərdə Mərkəzi xəstəxanasına yerləşdirilib.

Müayinədən sonra ona dördüncü dərəcəli yanıq xəsarətləri diaqnozu qoyulub və reanimasiya şöbəsinə yerləşdirilib.

Yaxınlarının bildirdiyinə görə, C. Miriyev özünü yandırmağa cəhd edib. Hazırda faktla bağlı Bərdə Rayon Prokurorluğunda araşdırma aparılır.

 

09:02

Bərdədə köhnə məktəb binasında yanğın baş verib

AzEdu.az xəbər verir ki, hadisə Birinci Qaradəmirçi kəndində qeydə alınıb.

Laçın rayonundan olan, məktəb binasında məcburi köçkün kimi məskunlaşan şəxsin yaşadığı otaqda baş verən yanğın nəticəsində bir nəfər yanıq xəsarətləri alıb.

Zərərçəkən Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Fakt araşdırılır.

Britaniya hərəkətə keçdi - Ukraynaya 30 minlik QOŞUN göndərilir
Son xəbərlərDaha çox