Hər il ümumi təhsil müəssisələrində bərpa quruculuq işləri aparılır. Belə ki, işğaldan azad edilmiş ərazilərdə cari ildə məktəblərin tikinti işləri gedir.
Bəs, görəsən, həmin ərazilərdə cari ildə təmir olunan nə qədər məktəb var?
Mövzu ilə bağlı AzEdu.az Təhsil Portalı olaraq Qarabağ Regional Təhsil İdarəsi ilə əlaqə saxladıq.
İdarədən cari ildə təmir olunan ümumi təhsil müəssisələrinin siyahısı təqdim edilib.
Cari ildə təmir olunan məktəblərin sıyahısı:
Ağdam 129 nömrəli tam orta məktəb;
Bərdə Bəcirəvan kənd tam orta məktəb;
Bərdə Hacılar kənd tam orta məktəb;
Füzuli Alıxanlı kənd tam orta məktəb;
Tərtər Borsunlu kənd tam orta məktəb;
Tərtər 6 nömrəli tam orta məktəb.
İdarədən qeyd edilib ki, Tərtər rayon Bəyimsarov kənd tam orta məktəbdə əsaslı təmir işləri gedir.
Yeni inşa olunan məktəblərin siyahısı:
Bərdə Mehdili kənd tam orta məktəb;
Bərdə Alpoud kənd tam orta məktəb;
Ağcabədi Hindarx 3 nömrəli tam orta məktəb;
Ağdan 1 nömrəli tam orta məktəb;
Ağdam Rzalar kənd tam orta məktəb;
Füzuli Aşağı Alıxanlı kənd tam orta məktəb;
Şuşa 1 nömrəli tam orta məktəb.