Hər il olduğu kimi bu il də məktəbəqədər təhsil müəssisələrində bərpa-quruculuq işləri aparılır.
Bəs, görəsən, həmin ərazilərdə cari ildə təmir olunan nə qədər bağça var?
Mövzu ilə bağlı AzEdu.az Təhsil Portalı olaraq Qarabağ Regional Təhsil İdarəsi ilə əlaqə saxladıq.
İdarədən cari ildə təmir olunan məktəbəqədər təhsil müəssisələrinin siyahısı təqdim edilib.
Siyahı:
Ağdam Quzanlı - 3 bağça;
Ağdam Dördyol - 2 bağça;
Ağdam Səfərli bağçası;
Ağdam Sarıcalı bağçası;
Bərdə Mollalı bağçası;
Bərdə 2 nömrəli bağçası;
Bərdə Kolayır bağçası;
Bərdə Bala Qəcər bağçası;
Füzuli Zobucuq 3 saylı bağça;
Füzuli Zobucuq 4 saylı bağça;
Tərtər Güləbatlı kənd bağçası;
Tərtər Kəngərli kənd bağçası.
Regional İdarədən bildirilib ki, bu bağçalarda hazırda bu il təmir işləri edir.
Ağdam Ulduz bağça, Füzuli Mahmudlu 1 kənd bağça və Xocavənd - Yeni Xocavənd bağçasında bu il üçün cari təmir nəzərdə tutulub.
Ağcabədi 5 nömrəli bağçada isə hazırda əsaslı təmir işləri gedir.
Bərdə 9 saylı bağçada da yaxın günlərdə fəaliyyətə başlaması nəzərdə tutulub.