Azedu.az

Qarabağ Universiteti tələbələri Xankəndiyə gəliblər

Qarabağ Regional Təhsil İdarəsi

17 Sentyabr 2024, 11:10
Qarabağ Universiteti tələbələri Xankəndiyə gəliblər

Sentyabrın 16-dan Qarabağ Universiteti tələbələri Xankəndiyə gəlməyə başlayıblar.

 

Qarabağ Universitetindən AzEdu.az-a bildirilib ki, tələbələrin universitetin nümayəndələrindən ibarət işçi qrupu tərəfindən qeydiyyatı və yataqxanaya yerləşdirilməsi prosesi həyata keçirilir.

 

Bundan əlavə, tələbələrin Xankəndi şəhəri və universitetlə tanışlığı üçün infotur təşkil olunub.

 

Tələbələrin Xankəndiyə gəlişi prosesi mərhələli şəkildə sentyabrın 22-dək davam edəcək.

Paşinyan Azərbaycanın əsas şərtini QƏBUL EDİR
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox