Azedu.az

Qarabağda bu qədər bağça AÇILIB

Qarabağ Regional Təhsil İdarəsi

Maraqlı

Müəllimlər və elm adamları

16 Sentyabr 2024, 12:38
Qarabağda bu qədər bağça AÇILIB

Xəbər verdiyimiz kimi, bu gün təhsil müəssisələrində yeni tədris ili başlayır. 

 

Bəs, görəsən, işğaldan azad edilmiş bölgələrimizdə fəaliyyətə başlayacaq neçə uşaq bağçası var?

 

Mövzu ilə bağlı AzEdu.az Təhsil Portalı olaraq Qarabağ Regional Təhsil İdarəsi ilə əlaqə saxladıq.

 

İdarədən bildirilib ki, Laçın rayonu Sus kəndində 50 nəfərlik körpələr evi-uşaq bağçası, Xocalı rayonunda 40 nəfərlik 1 nömrəli körpələr evi-uşaq bağçası, Xankəndi şəhərində 80 nəfərlik körpələr evi-uşaq bağçası da cari tədris ilində fəaliyyətə başlayır.

Xankəndi şəhəri 1 nömrəli körpələr evi uşaq bağçası - 80 yerlikdir. Xocalı şəhəri 1 nömrəli körpələr evi uşaq bağçası - 40 yerlikdir. Məktəbəqədər təhsil müəssisəsiləri lazimi infrastrukturla təchiz olunmuşdur.

Paşinyan Azərbaycanın əsas şərtini QƏBUL EDİR
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox