Abituriyentlər 6 iyuldan etibarən qabiliyyət imtahanına “buraxılış vərəqəsi”ni çap edə bilərlər.
Bu barədə Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a bildiriblər.
Abituriyentlər “buraxılış vərəqəsi”ni komissiyalar üzrə qeydiyyatdan keçdikləri səhifəyə daxil olaraq çap etməlidirlər.
Qeyd edək ki, bədən tərbiyəsi istiqamətinin 60, 61, 62-ci komissiyaları və 14-cü komissiya-dizayn ixtisası üzrə istisna olmaqla, digər komissiyalar üzrə qabiliyyət imtahanları 8 iyuldan 2 avqusta qədər davam edəcək.