Azedu.az

Qabiliyyət imtahanlarının ixtisas seçimi və keçirilmə tarixləri  - TƏQVİM  

Qabiliyyət imtahanı

28 İyun 2019, 14:44
Qabiliyyət imtahanlarının ixtisas seçimi və keçirilmə tarixləri  - TƏQVİM   

V ixtisas qrupunun bədən tərbiyəsi istiqamətinin 60, 61, 62-ci və təsviri sənət istiqamətinin 14-cü komissiyası üzrə qabiliyyət imtahanında iştirak etmək üçün qeydiyyat bu gün başa çatır.

AzEdu.az redaksiyaya ünvanlanan çoxsaylı sualları nəzərə alaraq, qabiliyyət imtahanlarının keçirilmə tarixləri və ixtisas seçimi ilə bağlı  məlumatları təqdim edir:

Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qabiliyyət imtahanları (I və V qrup) V qrup (bədən tərbiyəsi ixtisası üzrə) -1 - 14 iyul;

Azərbaycan İlahiyyat İnstitutuna (İslamşünaslıq) qəbul olmaq istəyənlərin qabiliyyət imtahanı - 27 iyul - 2 avqust;

Jurnalistika ixtisasını seçən abituriyentlərin qabiliyyət imtahanı - 1 avqust;

İxtisas seçimi (I – IV qrup) - 24 iyul - 6 avqust;

İxtisas seçimi (V qrup (müvafiq komissiya üzrə qabiliyyət imtahanı başa çatdıqdan sonra)) - 24 iyul – 6 avqust;

Abituriyentlərin qəbul olduqları təhsil müəssisələrində qeydiyyatı (I mərhələ) - 15 - 27 avqust;

Boş qalan yerlərə ixtisas seçimi - 15 - 19 avqust;

Boş qalan yerlərə qəbul olan abituriyentlərin qəbul olduqları təhsil müəssisələrində qeydiyyatı - 23 avqust - 2 sentyabr.

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox