Azedu.az

Psixoloq uşaq stressinin əlamətlərini və çıxış yollarını AÇIQLADI

Psixoloji xidmət

25 İyun 2025, 10:03
Psixoloq uşaq stressinin əlamətlərini və çıxış yollarını AÇIQLADI

Stress yaşayan uşaqda ağlama, özünəqapanma, qorxular, iştah dəyişiklikləri, diqqət dağınıqlığı kimi davranışlar görünə bilər. Bəzilərində isə dırnaq yemə, tiki hərəkətləri və ya danışmaqdan imtina müşahidə olunur.

Bu sözləri AzEdu.az-a açıqlamasında psixoloq Aydan Məmmədova bildirib.

Psixoloq qeyd edib ki, uşaqlar hər zaman hiss etdiklərini sözlə ifadə edə bilmirlər:

"Xüsusilə də özünü ifadə etməkdə çətinlik çəkən uşaqlar stress yaşadıqda bunu davranışları və fiziki şikayətləri ilə göstərirlər. Onlar daxili narahatlıqlarını sözlə deyə bilmədikləri üçün bədən dili və fiziki simptomlar vasitəsilə “yardım siqnalı” verirlər.

Somatik şikayətlər dedikdə, tibbi səbəbi olmayan, lakin psixoloji mənşəli fiziki narahatlıqlar nəzərdə tutulur. Məsələn, baş və qarın ağrısı, tez-tez sidiyə çıxmaq, ürəkbulanma, yuxusuzluq və yorğunluq bu qrupdandır. Bəzən bunlar xəstəlik kimi görünür, amma tibbi müayinə nəticəsiz qalır.

Stress yaşayan uşaqda ağlama, özünəqapanma, qorxular, iştah dəyişiklikləri, diqqət dağınıqlığı kimi davranışlar görünə bilər. Bəzilərində isə dırnaq yemə, tiki hərəkətləri və ya danışmaqdan imtina müşahidə olunur”.

“Bu hallar nitq inkişafındakı gecikmə, ailədaxili problemlər, sosial təcrid və ya keçmişdə yaşanan travmalarla bağlı ola bilər. Valideynlərin yüksək gözləntiləri və zəif emosional bağlılıq da təsir edən amillərdəndir”, - deyə müsahibimiz qeyd edib.

“Həll yolu isə ilk növbədə uşağın hisslərinə hörmətlə yanaşmaq və onu sakit şəkildə dinləməkdir. Əgər uşaq danışa bilmirsə, rəsm, qum, plastilin və musiqi kimi ifadə vasitələri təqdim olunmalıdır. Həmçinin gündəlik sabit rutin, güvənli mühit və seçim etmək imkanı uşaqda rahatlıq yaradır.

Əgər bu vəziyyət davamlıdırsa və uşağın gündəlik həyatına mənfi təsir edirsə, uşaq psixoloqu və ya loqoped dəstəyi vacib ola bilər. Məqsəd uşağın narahatlığını tanıması və onu sağlam şəkildə ifadə etməsinə şərait yaratmaqdır”.

TƏCİLİ! Gərnginlik dayanmır - İran PUA-larla vurulur
Son xəbərlərDaha çox