Azedu.az

“İqtisadi qayğılar valideynləri uşaqlarından uzaq salır” - PSİXOLOQ

Psixoloji xidmət

2 May 2025, 11:15
“İqtisadi qayğılar valideynləri uşaqlarından uzaq salır” - PSİXOLOQ

Bir çox xarici ölkələrdə valideynlər övladlarının inkişafına erkən yaşlardan etibarən xüsusi diqqət yetirir, onlarla aktiv şəkildə vaxt keçirirlər. Ailədəki münasibətlər uşağın emosional və sosial inkişafında mühüm rol oynayır. Təəssüf ki, bəzi ölkələrdə, o cümlədən Azərbaycanda bu yanaşma geniş yayılmayıb.

 

Burada bir çox valideynlər övladlarına vaxt ayırmaqda çətinlik çəkir. Ya zaman çatışmazlığı, ya da bu məsələyə kifayət qədər önəm verilməməsi səbəbindən uşaqlar valideyn diqqətindən kənarda qala bilirlər.

 

Bəs, görəsən, Azərbaycanda valideynlər niyə övladlarına kifayət qədər vaxt ayırmırlar? Valideynlərin uşaqları ilə daha çox zaman keçirməsi üçün nələri dəyişmək olar?

 

Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən psixoloq Aydan Məmmədova qeyd edib ki, bəzi valideynlər övladlarına kifayət qədər vaxt ayırmırlar, çünki bir çoxunun gündəlik həyatı iqtisadi qayğılarla doludur:

159259

“İşləmək məcburiyyəti, çox vaxt onların diqqətini ailədən, xüsusilə də uşaqdan uzaqlaşdırır. Bəzən isə elə düşünürlər ki, uşağın yeməyi, geyimi, təhsili təmin olunursa, hər şey qaydasındadır. Halbuki uşağın emosional ehtiyacı daha dərindədir. Bu ehtiyac doyurulmadıqda, uşaq özünü yetərsiz və dəyərsiz hiss edə bilər.

 

Uşağa zaman ayırmaq üçün ilk olaraq anlayış dəyişməlidir. Bu, təkcə oyun oynamaq, ya birlikdə parkda gəzmək deyil. Bəzən sadəcə onu dinləmək, səssizcə yanında olmaq belə çox böyük təsir göstərir. Gün ərzində 15 dəqiqə də olsa, telefon kənara qoyulub uşaqla təmiz ünsiyyətə girmək kifayət edir. Valideynlə uşaq arasındakı münasibət, gələcəkdə onun özgüvəninə, qərarvermə bacarığına və sosial həyatda özünü ifadə etmə qabiliyyətinə ciddi təsir edir”.

 

Psixoloqun sözlərinə görə, uşağın dinlənildiyi bir ailə mühiti onu daha güclü, daha sabit və sosial cəhətdən uyğun bir fərd kimi formalaşdırır:

 

“Uşağa zaman ayırmaq sadəcə valideyn borcu deyil. Bu, onun varlığına verilən ən böyük dəyərdir. Sevgi yalnız sözlə deyil, diqqətlə hiss etdirilir. Çox vaxt biz uşağın yanında oluruq, amma onun içində nə baş verdiyini bilmirik. Səssiz qalan hər duyğu bir gün davranışa çevriləcək.

 

Çünki davam etdiyimiz hər saniyə keçmişdə qalır, hər anımızın və ətrafımızdakı hər kəsin dəyərini anlayaq. Zaman keçir və biz geri dönə bilməyəcəyik”, - deyə psixoloq fikrini yekunlaşdırıb.

ŞOK! Ukrayna Rusiyanın nəzarətə götürdüyü bu ərazini BO*MBALADI
Son xəbərlərDaha çox