Azedu.az

Naxçıvanda 562 tələbə peşə təhsil müəssisələrinə qəbul olunub

Peşə Təhsili

16 Sentyabr 2025, 16:03
Naxçıvanda 562 tələbə peşə təhsil müəssisələrinə qəbul olunub

Naxçıvanda 2025-2026-cı tədris ilində 562 tələbə peşə təhsil müəssisələrinə qəbul olunub.

Bu barədə AzEdu.az-a Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, 2025-2026-cı tədris ilində Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Naxçıvan Dövlət Peşə Təhsil Mərkəzinə, Şərur və Ordubad peşə liseylərinə 22 ixtisas üzrə  562 tələbə qəbul olunub.   

Qeyd edək ki, yeni tədris ilində peşə təhsil müəssisələrində  14 yeni ixtisas yaradılıb.
 

Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə
Son xəbərlərDaha çox