Azedu.az

Bu şəxslər ixtisas seçimində iştirak edə bilməyəcək - DİM

Peşə Təhsili

6 Avqust 2025, 14:43
Bu şəxslər ixtisas seçimində iştirak edə bilməyəcək - DİM

Hər il Dövlət İmtahan Mərkəzi (DİM) ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak edəcək abiturientlərə qayda pozuntuları ilə bağlı məlumat yayır. Qurumun məlumatına görə, imtahan zamanı köçürmə halına yol verən, köçürməyə şərait yaradan, habelə telefon, qulaqcıq və digər texnoloji vasitələrdən istifadə edən abituriyentlər imtahandan kənarlaşdırılır və nəticələri ləğv olunur.

Bəzi hallarda abituriyentlər birinci şans imtahanında iştirak edərək nəticə əldə edir, lakin ikinci şans imtahanında qayda pozuntusuna yol verdikləri üçün imtahandan çıxarılırlar.

Bu zaman həmin şəxslərin birinci imtahandakı nəticələrindən istifadə edib-edə bilməyəcəkləri ilə bağlı suallar yaranır.

Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a bildirilib ki, qayda pozuntusuna səbəb olan abituriyentlər ixtisas seçiminə buraxılmır.

Rusiyadan növbəti vəhşilik: Acığa görün nə etdilər?!
SORĞU
“İlin gənc müəllimi” olaraq kimi görürsünüz?
Səs ver
Son xəbərlərDaha çox