Azedu.az

Hər il 100 mindən çox şəxs peşə təhsili ala bilər

Peşə Təhsili

30 İyul 2025, 11:08
Hər il 100 mindən çox şəxs peşə təhsili ala bilər

Bu il Lənkəran şəhərində peşə təhsili mərkəzi istifadəyə veriləcək.

AzEdu.az xəbər verir ki, bubu elm və təhsil naziri Emin Əmrullayev deyib.

Ümumi göstəricilərə əsasən, ölkədə illik təxminən 150 min nəfər orta təhsil səviyyəsini başa vurur

“Bu məzunların yalnız təxminən 60 minə yaxını ali məktəbə qəbul olunur. Peşə təhsili alanların sayı isə hazırda 30 min nəfər ətrafındadır. Halbuki orta təhsil səviyyəsində olan 100 mindən artıq şəxs potensial olaraq peşə təhsili almaq imkanı əldə edə bilər. Bu baxımdan, peşə təhsilinin inkişafı həm məşğulluq, həm də iqtisadiyyatın real sektorları üçün vacib resursdur”.

Ağdam şəhərində peşə təhsil mərkəzlərinin yaradılması istiqamətində layihələndirmə işlərinə artıq start verilib

O qeyd edib ki, bu təşəbbüs işğaldan azad olunmuş ərazilərə qayıdan vətəndaşların müvafiq peşə bacarıqları ilə təmin olunmasına və onların məşğulluğunun dəstəklənməsinə xidmət edəcək.

Rusiyadan təxribat - Moskvada Arsax bayrağı qaldırıldı
SORĞU
“İlin gənc müəllimi” olaraq kimi görürsünüz?
Səs ver
Son xəbərlərDaha çox