Azedu.az

Azərbaycanda peşə təhsili: Deputat vəziyyəti necə qiymətləndirir?

Peşə Təhsili

23 İyul 2025, 13:03
Azərbaycanda peşə təhsili: Deputat vəziyyəti necə qiymətləndirir?

 

Peşə təhsili Azərbaycanda əmək bazarının tələblərinə cavab verən, ixtisaslı kadrların hazırlanmasında mühüm rol oynayan sahədir. Bununla belə, zaman-zaman təhsilin səviyyəsi, məzmunu və nəticələri ilə bağlı ictimaiyyət arasında müzakirələr olur. Milli Məclisin deputatı Ceyhun Məmmədov AzEdu.az-a danışarkən bu sahədə mövcud vəziyyəti dəyərləndirib: “Son illər Azərbaycanda peşə təhsili sahəsində mühim tədbirlər görülüb. Bunlar öz töhfəsini versə də, bu istiqamətdə bəzi bölgələrdə peşə məktəbləri ilə bağlı problemlər qalır“.

Peşə təhsilində mövcud olan problemlər

“Əsas problemlərdən biri ondan ibarətdir ki, bəzi müəssisələrin ifrastruktoru qaneedici səviyyədə deyil. İkinci bir məsələ isə peşə təhsili alanların sayının 30 mini keçməməsidir. Hazırda vəziyyəti o qədər də yaxşı olmayan müəssisələrin infrastruktoru yenilənməlidir. Həmçinin gəncləri bu sahəyə yönləndirmək lazımdır”.

ŞOK AÇIQLAMA: Azərbaycanda Pezeşkiana təhlükə var idi?
SORĞU
“İlin gənc müəllimi” olaraq kimi görürsünüz?
Səs ver
Son xəbərlərDaha çox