Azedu.az

Peşə təhsili üzrə təhsil haqqı 5 min manat olan İXTİSASLAR

Peşə Təhsili

22 İyul 2025, 12:15
Peşə təhsili üzrə təhsil haqqı 5 min manat olan İXTİSASLAR

Xəbər verdiyimiz kimi, peşə təhsili müəssisələrində təhsil haqqı 5 min manat olan ixtisaslar var.

AzEdu.az-ın əldə etdiyi məlumata görə, bu cür yüksək ödənişli ixtisaslar əsasən qısa müddətdə əmək bazarına çıxışı təmin edən və beynəlxalq sertifikatlar təqdim edən proqramlar çərçivəsində həyata keçirilir. Onlardan biri Code Academy-də təklif olunan qrafik dizayner, veb dizayner və proqram təminatçısı, informasiya texnologiyaları üzrə texniki dəstək mütəxəssisi ixtisaslarıdır. Burada tədris müddəti 1 ildir və ümumilikdə 100 nəfər qəbul olunur. Məzunlara Adobe Photoshop, HTML, CSS, CompTIA A+ kimi yerli və beynəlxalq sertifikatlar verilir.

Oxşar yanaşma CASA – Azərbaycan Kulinariya Sənəti Mərkəzində də tətbiq olunur. Burada bir illik aşpaz ixtisası üzrə təhsil alan tələbələrə həm “City and Guilds”, həm də CASA-ya məxsus sertifikatlar təqdim olunur. Qəbul sayı 80 nəfərdir. 

Mühasibat uçotu üzrə ixtisaslaşdırılmış təhsil isə İMZA Group tərəfindən həyata keçirilir. Bu sahədə təhsil müddəti 3 ildir və qəbul sayı 40 nəfərlə məhdudlaşdırılıb. Tələbələr ACCA-nın F1, F2 və F3 səviyyələri üzrə beynəlxalq sertifikatlar əldə etmək imkanı qazanırlar. 

Bu proqramlar həm texniki, həm də yüksək texniki peşə təhsili pillələrini əhatə edir və dövlət qurumları ilə birgə fəaliyyət çərçivəsində həyata keçirilir. Yüksək təhsil haqqı ilkin mərhələdə maneə kimi görünsə də, verilən beynəlxalq sertifikatlar və praktik yönümlü təhsil bu proqramlara marağı artırır.

Qeyd edək ki, peşə təhsil müəssisələrində ən aşağı təhsil haqqı 500 manatdan başlayır.

ŞOK AÇIQLAMA: Azərbaycanda Pezeşkiana təhlükə var idi?
SORĞU
“İlin gənc müəllimi” olaraq kimi görürsünüz?
Səs ver
Son xəbərlərDaha çox