Yeni tədris ilindən peşə təhsili müəssisələrində ödənişli əsaslarla oxuyan şəxslərin təhsil haqlarında dəyişiklik edilib.
AzEdu.az xəbər verir ki, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov brifinqdə jurnalistlərin suallarını cavablandırarkən deyib.
C,Kərəmov bəzi bölgələrdə təhsil haqlarının fərqli olduğuna diqqət çəkib:
“Təhsil haqqı 5 min manat olan ixtisaslar var. Bu da beynəlxalq sertifikatlarla, dərsliklər, yüksək peşəkar müəllimlərin cəlb edilməsi və onlara ödənilən əməkhaqqı, həmçinin ekspertlərin iştirakı və s. ilə bağlıdır”.