“Qadınların peşə təhsilində iştirakı 2021-ci illə müqayisədə yüksəlib. 2021-ci ildə 29.6% olmuşdursa, bu rəqəm 2025-ci ildə 40%-ə çatıb”.
AzEdu.az xəbər verir ki, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov peşə təhsili ilə bağlı təşkil olunan brifinqdə söyləyib.
C.Kərəmov bildirib ki, bir sıra mərkəzlərdə, məsələn, Lənkəran Dövlət Peşə Təhsili Mərkəzində ilk dəfə qadın məzunların sayı 50%-ə çatıb.