İyul-avqust aylarında peşə təhsili müəssisələrinə qəbul aparılacaq.
AzEdu.az xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində Peşə Təhsili üzrə Dövlət Agentliyinin sədri Ceyhun Kərəmov deyib.
O bildirib ki, peşə təhsili müəssisələrinə qəbul prosesində plan yerlərinin artırılması gözlənilir.
Agentlik sədri vurğulayıb ki, peşə təhsili artıq bir çox gəncin ilk seçimidir və maraq ildən-ilə artır.
C.Kərəmovun sözlərinə görə, peşə təhsilində mərhələli şəkildə adambaşı maliyyələşmə sisteminə keçid edilir. Burada ayrı-ayrı ixtisaslar üzrə xərclər müəyyənləşdirilir. Xərclərdə müəllimin iş saatı, əməkhaqqı, enerji ehtiyatına sərfiyyat və s. nəzərə alınır: “Bazarda 3 aylıq kursların qiyməti 1 illik təhsil qiymətindən çoxdur. Peşə təhsili praktiki təhsildir. Məqsədimiz tələbələrə tədris prosesində səhvləri öyrədib, onları əmək bazarına hazırlıqlı yetişdirməkdir”.