Azedu.az

Peşə təmayüllü siniflərdə təhsil alan şagirdlərə interaktiv dərslər keçirilib

Peşə Təhsili

2 İyun 2025, 16:44
Peşə təmayüllü siniflərdə təhsil alan şagirdlərə interaktiv dərslər keçirilib

15 aprel – 15 may 2025-ci il tarixlərində Peşə təmayüllü siniflərdə təhsil alan şagirdlərin peşə bacarıqlarının inkişafı və onların dərs prosesində daha fəal iştirakı məqsədilə interaktiv dərslər keçirilib.

AzEdu.az xəbər verir ki, bu müddət ərzində 249 məktəbi və 6225 şagirdi əhatə edən interaktiv dərslər zamanı şagirdlərdə peşə yönümlü düşüncə tərzinin formalaşması, real həyat bacarıqlarının artırılması və əmək bazarına uyğun hazırlığın gücləndirilməsi istiqamətində mühüm rol oynayıb. İnteraktiv dərslərdə sual-cavab sessiyaları və simulyasiya tapşırıqlarına, kiçik qrup müzakirələrinə və praktik təqdimatlara geniş yer verilib.

 
Bağçalardakı ən ciddi problemlər - Yalançı "özəllər", aldadılan valideynlər
Son xəbərlərDaha çox