Azedu.az

Peşə təmayüllü siniflərdə interaktiv dərslər təşkil olunub

Peşə Təhsili

27 May 2025, 12:56
Peşə təmayüllü siniflərdə interaktiv dərslər təşkil olunub

15 aprel – 15 may 2025 tarixləri arasında peşə təmayüllü siniflərdə təhsil alan şagirdlərin peşə bacarıqlarının inkişafı və onların dərs prosesində daha fəal iştirakı məqsədilə interaktiv dərslər keçirilib. 

AzEdu.az xəbər verir ki, bu müddət ərzində 249 məktəbi və 6225 şagirdi əhatə edən interaktiv dərslər zamanı şagirdlərdə peşəyönümlü düşüncə tərzinin formalaşması, real həyat bacarıqlarının artırılması və əmək bazarına uyğun hazırlığın gücləndirilməsi istiqamətində mühüm rol oynayıb.

İnteraktiv dərslərdə sual-cavab sessiyaları, rollu oyunlar və simulyasiya tapşırıqları, kiçik qrup müzakirələri və praktik təqdimatlara geniş yer verilib.

Bağçalardakı ən ciddi problemlər - Yalançı "özəllər", aldadılan valideynlər
Son xəbərlərDaha çox