Azedu.az

700-dən çox məcburi köçkün peşə təlimlərinə cəlb edilib

Peşə Təhsili

20 May 2025, 11:43
700-dən çox məcburi köçkün peşə təlimlərinə cəlb edilib

Son 2 ildə 700-dən çox məcburi köçkün 14 müəssisədə peşə təlimlərinə cəlb edilib. 

AzEdu.az xəbər verir ki, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov Bərdə Dövlət Peşə Təhsil Mərkəzində Qarabağa qayıdış üçün qısamüddətli təlimlər keçən müdavimlərə sertifikatların təqdim edilməsi mərasimində deyib.

Onun sözlərinə görə, təlimlərin bu ilin sonuna qədər davam etdirilməsi nəzərdə tutulub.
 
C.Kərəmov əlavə edib ki, peşə təhsili sahəsində növbəti uğurlu addım Füzulidə Peşə Təhsil Mərkəzinin tikintisi, eləcə də Şuşada bu istiqamətdə işlərin aparılmasıdır.

Bağçalardakı ən ciddi problemlər - Yalançı "özəllər", aldadılan valideynlər
Son xəbərlərDaha çox