Astarada 17 yaşlı gəncin meyiti tapılıb.
AzEdu.az Təhsil Portalı olaraq Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinə tələbə ilə bağlı sorğu ünvanladıq.
Sorğumuza cavab olaraq bildirildi ki, intihar edən şəxs peşə məktəbinin tələbəsidir.
Qeyd edək ki, hadisə rayonun Təngərüd kəndində baş verib. Kənd sakini 2007-ci il təvəllüdlü Məhəmmədəli Şamil oğlu Qəmxarovun meyiti yaşadığı evdə aşkarlanıb, 17 yaşlı gəncin intihar etdiyi bildirilir.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.