Oktyabrın 22-də Mingəçevir “ASAN Peşə” Təhsil Mərkəzində media nümayəndələri üçün “Azərbaycan Respublikasında peşə təhsili: islahatlar və perspektivlər” mövzusunda seminar keçirilib.
AzEdu.az xəbər verir ki, seminar çərçivəsində “ASAN Peşə” layihəsinin həyata keçirdiyi 2016-2018 tədris ilində tələbə qəbulundakı keyfiyyət göstəriciləri təqdim olunub.
Məlumatda bildirilib ki, 2016/2017-ci illərdə orta attestat balı “5” olanlar 10, 2017/2018 üzrə 62, 2018/2019-cu tədris ili üzrə isə 72 nəfərdir.
Balı “5” olanlar 2016/2017-ci tədris ilinə nisbətən 16% artıb.
Orta attestat balı “4” –dən yuxarı olanlar 2016/2017-ci illər üzrə 734, 2017/2018 2098 nəfər, 2018/2019 üzrə isə 2451 nəfərdir.
Balı “4”-dən yuxarı olanlar isə 2016/2017-ci tədris ilinə görə, 17 % artıb.
Seminarda həmçinin, 2017/2018 və 2018/2019-cu tədris ilində faktiki qəbulun ixtisaslar üzrə reytinqini açıqlayıb.
AzEdu.az 2018/2019-cu tədris ilində ən çox qəbul olan ixtisasları təqdim edir:
Aşpaz;
Dərzi;
Elektrik qaz qaynaqçısı;
Geniş profilli traktorçu-maşinist, təmirçi-çilingər;
Xalçaçı;
Elektrik avadanlqılarına xidmət və təmir üzrə elektrik montyoru;
Tikiş avadanlıqlarının operatoru,tikişçi;
Bitkiçilik mütəxəssisi.