Azedu.az

Peşə ixtisasları üzrə teledərslərin yayım tarixi

Peşə Təhsili

26 Mart 2020, 15:26
Peşə ixtisasları üzrə teledərslərin yayım tarixi

Martın 30-da “Mədəniyyət” kanalında peşə ixtisasları üzrə teledərslərin yayımına start veriləcək.


AzEdu.az xəbər verir ki, teledərslər saat 16:15-dən etibarən yayımlanacaq.

Elektrotexnika, tikinti, sənaye, mexanika, elektronika, avtomobil, İKT və avtomatika ixtisasları üzrə teledərslər artıq hazırlanıb. Təhsil Nazirliyinin video dərslər portalında ( //video.edu.az/) sadalanan ixtisaslar üzrə 20 teledərs yerləşdirilib.

Peşə ixtisasları üzrə teledərslərin çəkilişi davam etdirilir.

Qeyd edək ki, "Dərs vaxtı”na ekran qarşısında baxa bilməyənlər sözügedən dərsləri Peşə Təhsili üzrə Dövlət Agentliyinin elektron resurslarından da izləyə biləcəklər.

Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə
Son xəbərlərDaha çox