"Mərkəz yalnız təhsilə deyil, milli iqtisadiyyata da öz töhfəsini verəcək"
AzEdu.az xəbər verir ki, bu sözləri Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Rəşad Xanlarov deyib.
Rəşad Xanlarov infotur iştirakçılarına peşə təhsil mərkəzi haqda məlumat verib:
"Əsaslı missiya Azərbaycanda qlobal sənaye ixtisasları üçün gənc kadrların hazırlanmasıdır. Bununla yanaşı, yerli peşə təhsil müəssisəsi kimi nümunə olmaq istəyirik”.
Direktor mərkəzin strukturu haqqında da məlumat verib:
“Mərkəzimiz bir neçə korpusdan ibarətdir: 2 emalatxana, tədris və mühazirə otaqları var. Əlavə olaraq, açıq və qapalı idman zalı, 90 nəfərlik yataqxana fəaliyyət göstərir. İkinci yataqxana isə tikilir”.
R.Xanlarov qedy edib ki, bu il artıq hər bir ixtisas üzrə qəbul elan olunub. Tələbələr tədris ilinin əvvəlindən dərsə başlayıblar:
“8 ixtisas üzrə koreyalı mütəxəssislər tərəfindən dərsliklər hazırlanıb, kitablar tərcümə edilib. Bu kitabların 80 faiz texniki, 20 faiz bazar ixtisasları üçün nəzərdə tutulub. Texniki sahə üzrə nəzərdə tutulan dərsliklərin böyük hissəsi praktikaya aiddir. Qəbul prosesi cari ildən həyata keçirilib”.
Sonda tədbir iştirakçıların sualları cavablandırılıb.