Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin bazasında yaradılan yeni Peşə Təhsil Mərkəzinə 2019-2020-ci tədris ili üzrə tələbə qəbuluna başlanılıb.
AzEdu.az xəbər verir ki, Peşə Təhsil Mərkəzinə qəbul olmaq istəyən şəxslər bu təhsil müəssisəsinin rəsmi saytı vasitəsilə (//bsiic.edu.az/) elektron qeydiyyatdan keçə bilərlər. Qeydiyyat prosesi iyulun 25-dək davam edəcək.