Azedu.az

“İlin gənc müəllimi - 2024”: Qaliblərin SİYAHISI

Paytaxt təhsili

Region təhsili

Müəllimlər və elm adamları

Layihələrimiz

18 Avqust 2025, 16:00
“İlin gənc müəllimi - 2024”: Qaliblərin SİYAHISI

Müəllimlər arasında təşkil olunan “İlin gənc müəllimi-2024” müsabiqəsinin qalibləri müəyyənləşib.

Müsabiqə “Azərbaycan müəllimi” qəzeti və AzEdu.az Təhsil Portalının birgə təşkilatçılığı ilə keçirilir. Məqsəd, motivasiya dolu həyat hekayələri olan, faydalı işlər görən ən yaxşı orta məktəb müəllimlərini ictimaiyyətə tanıtmaq və mükafatlandırmaqdır.

Müsabiqənin birinci mərhələsində gənc müəllimlər üçün nəzərdə tutulmuş qeydiyyat forması doldurulub. Bu mərhələdə müəllimlər özləri haqqında ətraflı məlumat təqdim edərək, tələb olunan bütün sualları cavablandırıblar.

İkinci mərhələdə isə təşkilatçılar tərəfindən seçilən ekspert qrupu qeydiyyatdan keçmiş müəllimləri əvvəlcədən müəyyən edilmiş meyarlar əsasında qiymətləndirib. Nəticədə “TOP-150”, “TOP-100”“TOP-50” müəllimlərin siyahısı mərhələli şəkildə ictimaiyyətə açıqlanıb. Bu mərhələnin sonunda “TOP-50” siyahısına daxil olan müəllimlərlə onlayn formatda fərdi görüşlər təşkil edilib.

Üçüncü mərhələdə isə “TOP-10” müəllim seçilərək AzEdu.az Təhsil Portalında sorğu-müsabiqəsində iştirak ediblər.

Beləliklə, münsiflər tərəfindən 1000-ə yaxın müraciət arasından seçilmiş ən yaxşı müəllimlərin - “İlin gənc müəllimi-2024” müsabiqəsinin qaliblərini təqdim edirik:

1-ci yer - Təranə Nuriyeva 

166190

Bakı şəhəri Nəsimi rayonu Y.Mirzəyev adına 44 nömrəli tam orta məktəbin İbtidai sinif müəllimidir. Təranə Nuriyevanın ümumi nəticəsi 89 baldır. (Münsiflər 63; Onlayn görüş 10; Səsvermə 16).

2-ci yer - Əlihüseyn Yaqubov 

166191

Füzuli rayonu, Qarabağ kənd tam orta məktəbində Azərbaycan dili və ədəbiyyat müəllimi və eyni zamanda direktor vəzifəsində fəaliyyət göstərir. Əlihüseyn Yaqubov müsabiqədən 85 bal toplayıb. (Münsiflər 60; Onlayn görüş 10; Səsvermə 15).

3-cü yer - Rəşadət Abdulov 

166188

E. Məmmədov adına İsmayıllı şəhər 3 nömrəli məktəb liseyində Tarix müəllimi kimi fəaliyyət göstərir. Rəşadət Abdulov müsabiqədən 81 bal toplayıb. (Münsiflər 52 ; Onlayn görüş 9; Səsvermə 20).

4-cü yer - Natəvan Fərzəliyeva 

166187
 

Ordubad şəhər M.T.Sidqi adına 1 nömrəli tam orta məktəbin Riyaziyyat və STEAM müəllimidir. O, müsabiqədən 73 bal toplayıb. (Münsiflər 45; Onlayn görüş 8; Səsvermə 20).                                                                                                                                                                  

5-ci yer - Aynur Axundova 

166189

Qobustan rayon Cəyirli kənd Rasim Hüseynov adına ümumi orta məktəbin İngilis dili müəllimidir. Aynur Axundova müsabiqədən 70 bal toplayıb. (Münsiflər 50; Onlayn görüş 9 ; Səsvermə 11).

6-cı yer - İlahə Tağıyeva 

166185

Xəzər rayon 326 N-li tam orta məktəbdə İbtidai sinif müəllimi kimi fəaliyyət göstərir. İlahə Tağıyevanın müsabiqədə topladığı bal 68 baldır. (Münsiflər 50; Onlayn görüş 9 ; Səsvermə 9).

7-ci yer - Gülağa Rəhmətov 

166184

Lerik rayonu Ambu kənd tam orta məktəbin İbtidai sinif müəllimidir. Onun müsabiqədə topladığı ümumi bal 65-dir. (Münsiflər 38 ; Onlayn görüş 7 ; Səsvermə 20).

8-ci yer - Gülnaz Abbaslı 

166192

Quba rayon Qaraçay qəsəbə tam orta məktəbin İngilis dili müəllimidir. Gülnaz Abbaslı müsabiqədən 62.5 bal toplayıb. (Münsiflər 45.5; Onlayn görüş 7; Səsvermə 10).

9-cu yer - Gülnisə Əliyeva 

166186

Ucar rayon S.Salmanov adına Bağman kənd tam orta məktəbin Fizika,təbiət və həyat bilgisi müəllimidir. Gülnisə Əliyeva müsabiqədən 57 bal toplayıb. (Münsiflər 39; Onlayn görüş 7; Səsvermə 11).

10-cu yer - Əfşan Fərəcli 

166183

Ağdam rayon 71 nömrəli tam orta məktəbin İbtidai sinif müəllimidir. Əfşan Fərəcli isə müsabiqədən 54 bal toplayıb. (Münsiflər 37; Onlayn görüş 7; Səsvermə 10).

Qeyd edək ki, finalçıların qiymətləndirilməsi üç komponent üzrə aparılıb:

- 10 bal onlayn fərdi görüş;

- 20 bal onlayn səsvermənin nəticələrinə görə,

- 70 bal isə nüfuzlu elm və təhsil xadimlərindən ibarət komissiyanın qiymətləndirməsi.

Rusiyadan növbəti vəhşilik: Acığa görün nə etdilər?!
Son xəbərlərDaha çox