Azedu.az

Təhsil idarəçiləri haqqında nə bilirik? - BŞTİ-nin müdiri...

Paytaxt təhsili

Bakı Şəhər üzrə Təhsil İdarəsi

3 İyul 2025, 12:49
Təhsil idarəçiləri haqqında nə bilirik? - BŞTİ-nin müdiri...

Son illərdə ölkənin təhsil sistemində aparılan islahatlar bölgələrdə idarəetmənin gücləndirilməsini də zəruri edib. Bu baxımdan regional təhsil idarələrinin müdirləri önəmli fiqurlar sayılır.

Onların təhsili, ixtisası və peşəkar bacarıqları isə təhsilin keyfiyyətinə birbaşa təsir göstərir. Məhz bu səbəbdən idarəçilərin kimliyi və hazırlıq səviyyəsi ictimai maraq doğurur.

Bəs, təhsil idarələrinə rəhbərlik edən şəxslər kimlərdir və onlar bu vəzifəyə hansı təhsil və ixtisasla gəliblər?

AzEdu.az bu suallara cavab tapmaq üçün təhsil idarəçiləri haqqında məlumatlar paylaşacaq.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbəri kimdir?

Bu təhsil idarəsinə hazırda Nərminə Hüseynova rəhbərlik edir.

Hüseynova Nərminə Arif qızı 1988-ci ildə Bakı şəhərində anadan olub. 2005-2009-cu illərdə Bakı Dövlət Universitetini Beynəlxalq münasibətlər ixtisası üzrə bitirərək bakalavr, 2010-2011-ci illərdə Böyük Britaniyanın Nottinqem Universitetini Dövlət idarəçiliyi ixtisası üzrə bitirərək magistr elmi dərəcəsini alıb.

N.Hüseynova 2009-2010-cu illərdə Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsində, 2012-2014-cü illərdə Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunda Strateji planlaşdırma və beynəlxalq əlaqələr şöbəsində, 2014-2016-cı illərdə Dünya Bankının təhsil sektorunun inkişafı üzrə layihəsində çalışıb.

N.Hüseynova 2016-cı ildən Təhsil İnstitutunda Milli və beynəlxalq qiymətləndirmə tədqiqatları şöbəsinin, daha sonra Elm və Təhsil Nazirliyinin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri işlədiyi dövrlərdə beynəlxalq qiymətləndirmələr, ümumi təhsil müəssisələrində təhsilin keyfiyyətinin yüksəldilməsi və məzmun islahatları sahələrində çalışıb.   

2020-2023-cü illərdə Elm və Təhsil Nazirliyində Aparat rəhbərinin müavini vəzifəsində çalışan N.Hüseynova 2023-cü ilin oktyabr ayından Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktor müavini kimi fəaliyyət göstərir.

Elm və təhsil naziri Emin Əmrullayevin 23 fevral 2024-cü il tarixli əmri ilə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsinin müvəqqəti icrası MÜTDA-nın direktor müavini N.Hüseynovaya həvalə edilib. 

Ailəlidir, 2 övladı var.

Solovyov Azərbaycanı görün, nə ilə hədələdi...
Son xəbərlərDaha çox