2024-2025-ci tədris ili ərzində Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən 12 680 müəllimi əhatə edən təlimlər keçirilib.
İdarədən AzEdu.az-a bildirilib ki, məktəb-valideyn əməkdaşlığı, məktəb idarəçiləri üçün effektiv ünsiyyət strategiyaları, məktəb idarəetməsində İKT və süni intellektin tətbiqi, məktəb idarəetməsində data əsaslı yanaşma, tədrisdə differensial yanaşma və digər mövzulara həsr olunub, həmçinin fənn müəllimlərini əhatə edən ixtisasartırma və metodiki seminarlar baş tutub.