Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən I və IV ixtisas qrupları (eləcə də III qrup üzrə DT və TC altqruplarının hər ikisini seçənlər üçün coğrafiya fənni) üzrə 1 iyun 2025-ci il tarixində keçirilmiş qəbul imtahanının nəticələri elan olunub.
AzEdu.az xəbər verir ki, IV ixtisas qrupu üzrə bu il ən yüksək nəticəni Aylin Xəlilova göstərib. O, maksimum nəticə olan 400 bal toplayaraq birinci mərhələdə fərqlənib.
Aylin Xəlilova Bakı şəhəri 220 saylı məktəb-liseyin məzunudur. O, hər iki imtahan mərhələsinin nəticələrinə əsasən 697.5 bal toplayaraq IV ixtisas qrupu üzrə respublika birincisi olub. Onun birinci mərhələdə topladığı bal 297.5 təşkil edib.