Azedu.az

İşə qəbul müsabiqəsinin test imtahanı keçirilir

Paytaxt təhsili

Bakı Şəhər üzrə Təhsil İdarəsi

27 May 2025, 12:12
İşə qəbul müsabiqəsinin test imtahanı keçirilir

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində kitabxana müdiri/kitabxanaçı, çağırışaqədərki hazırlıq rəhbəri, həmçinin məktəbəqədər təhsil müəssisələrində təsərrüfat müdiri vəzifələrinə işə qəbul üzrə müsabiqənin test imtahanı mərhələsi keçirilir. 

Bu barədə BŞTİ-dən AzEdu.az-a məlumat verilib. Bildirilib ki, iki gün davam edən test imtahanında 4 283 nəfərin iştirakı nəzərdə tutulur.

İmtahanda namizədlərə 40 (ixtisas üzrə hər biri 2 bal olmaqla 20 sual, İKT səriştələri üzrə hər biri 1 bal olmaqla 10 sual və məntiq üzrə hər biri 1 bal olmaqla 10 sual) test tapşırığının cavablandırılması üçün 90 dəqiqə vaxt verilir.

Test imtahanının nəticələri barədə məlumat namizədlərə SMS vasitəsilə göndəriləcək.

Qeyd olunan vəzifələr üzrə işə qəbul üçün keçid həddi 35 bal müəyyən edilib. 35 və daha yüksək bal toplayan namizədlər müsabiqənin müsahibə mərhələsinə dəvət ediləcək.

Bağçalardakı ən ciddi problemlər - Yalançı "özəllər", aldadılan valideynlər
Son xəbərlərDaha çox