Aprel ayı ərzində Bakı Şəhəri üzrə Təhsil İdarəsinə (BŞTİ) 9 795 müraciət daxil olub. Daxil olan müraciətlərin əksəriyyəti cavablandırılıb və operativ şəkildə həll olunub.
AzEdu.az xəbər verir ki, statistikaya əsasən, Çağrı Mərkəzinə (146-1 nömrəli) 5 902 zəng daxil olub. Vətəndaşların Qəbulu Mərkəzinə 1 818 müraciət daxil olub.
BŞTİ-yə 1 821 sənəd (vətəndaşlar tərəfindən 410 ərizə, Elm və Təhsil Nazirliyindən 306, digər qurumlardan 298, tabelikdə olan təhsil müəssisələrindən 505 məktub və 302 kadr ərizəsi) daxil olub və qeydiyyata alınıb. Həmçinin 254 elektron müraciətə baxılıb.
Daxil olan müraciətlər müxtəlif məsələlərin tənzimlənmə qaydalarının öyrənilməsi, məktəbəqədər təhsil müəssisələrinə qəbul, müəllimlərin əmək müqaviləsinin müddətinin uzadılması, işə qəbul və digər məsələləri əhatə edir.