Azedu.az

İki sinfin bütün məzunları tələbə OLDU

31 Avqust 2024, 08:21
İki sinfin bütün məzunları tələbə OLDU

Şirvan-Salyan Regional Təhsil İdarəsinin tabeliyində olan iki ümumi təhsil müəssisəsindən rekord nəticə əldə olunub.

 

İdarədən AzEdu.az-a verilən məlumata görə, Şirvan-Salyan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Şirvan şəhər S.Hüseynov adına 1 nömrəli məktəb-liseyin XI L sinfindən 17 şagird, Neftçala şəhər S.İmanov adına 1 nömrəli tam orta məktəbin XI b sinfindən 19 məzunun hər biri universitetə qəbul olub. Beləliklə, həmin siniflər yüz faiz nəticə göstərib.

Bağçalardakı ən ciddi problemlər - Yalançı "özəllər", aldadılan valideynlər
Son xəbərlərDaha çox