Azedu.az

NASA asteroidin ətrafına tədqiqat peyki çıxarıb

1 Yanvar 2019, 12:37
NASA asteroidin ətrafına tədqiqat peyki çıxarıb

NASA Bennu asteroidi ətrafına “OSİRİS-Rex (Origins Spectral İnterpretation Resource İdentification Security – Regolith Explorer) tədqiqat peyki çıxarıb.

AzEdu.az “RİA Novosti”yə istinadən xəbər verir ki, asteroidin diametri 500 metrdir. 

Bəzi hesablamalara görə, Bennu 2182-ci ildə Yer kürəsinə təhlükəli dərəcədə yaxınlaşacaq. Ona görə də 2016-cu ildə bu asteroidi tədqiq etmək məqsədilə adıçəkilən peyk fəzaya buraxılmışdı. İlkin mərhələdə asteroiddən orta hesabla 7 kilometr məsafədə 50 saat ərzində dövrə vuraraq cismin kütləsi və hərəkəti barədə məlumat toplayacaq peyk 2020-ci ilin ortalarında asteroidin üzərinə enərək torpaq nümunəsi götürəcək. Həmin nümunənin 2023-ci ilədək Yer kürəsinə çatdırılması nəzərdə tutulur.

Solovyov Azərbaycanı görün, nə ilə hədələdi...
Son xəbərlərDaha çox