Maldiv adaları 18 yaşa qədər insanlar üçün siqaret çəkməyi qadağan edən ilk ölkə olub.
AzEdu.az bu barədə "The Guardian" nəşrinə istinadən xəbər verir.
Belə ki, 2025-ci il noyabrın 1-dən etibarən 2007-ci il yanvarın 1-dən sonra doğulan vətəndaşlara tütün məmulatlarını almaq, istifadə etmək və ya qəbul etmək qadağan edilir.
Qadağa bütün növ tütün məhsullarına şamil olunur və pərakəndə satıcılar alıcıların yaşını yoxlamağa borcludurlar.
Bu tədbir turistlərə də şamil edilir. Bundan əlavə, elektron siqaretlər və veyplər bütün yaş qrupları üçün tamamilə qadağan olunub.
Qaydaların pozulmasına görə cərimələr nəzərdə tutulur:
- azyaşlıya tütün məmulatı satmaq - 50 000 rufi (3 200 dollar);
- veyp istifadə etmək - 5 000 rufi (320 dollar).