Azedu.az

Hansı hallarda yorğunluq ciddi xəstəliklərdən xəbər verir?

Xəbərlər

1 Noyabr 2025, 17:46
Hansı hallarda yorğunluq ciddi xəstəliklərdən xəbər verir?

Qısamüddətli yorğunluq normaldır. Bu cür yorğunluq istirahətdən sonra keçir və yuxuya, iştahaya və əhvali-ruhiyyəyə təsir etmir, lakin bəzən halsızlıq sağlamlıq problemləri ilə əlaqəli ola bilər.

AzEdu.az xəbər verir ki, bu barədə rusiyalı endokrinoloq Tatyana Qubina "Podmoskovye seqodnya" internet nəşri ilə söhbətində danışıb.

"Əgər halsızlıq həftələrlə davam edirsə, yatandan və istirahət etdikdən sonra insana yüngüllük gəlmirsə, bu, patoloji yorğunluqdan xəbər verə bilər ki, bu zaman həkimə müraciət etmək lazımdır", - deyə o xəbərdarlıq edib.

Mütəxəssis narahatlıq siqnalları kimi yorğunluq, çəki itkisi, baş gicəllənmə, təngnəfəslik, konsentrasiya pozğunluğu, qan təzyiqinin yüksəlməsi və ya ürək döyüntüsünü qeyd edib.

"Bu halda anemiya, qalxanvari vəzi pozğunluqları, şəkərli diabet, xroniki infeksiyalar, həmçinin D, B12 vitaminlərinin çatışmazlığını istisna etmək vacibdir", - deyə həkim bildirib.

Qubina qeyd edib ki, həddən artıq psixo-emosional yüklənmələr və emosional tükənmə xroniki streslərə səbəb ola bilər ki, bu da hormonların balansını, maddələr mübadiləsini və sinir sisteminin işini pozur. Onun sözlərinə görə, uzun sürən zəiflik ürək çatışmazlığı, depressiya və onkologiya daxil olmaqla, ciddi xəstəliklərin əlaməti ola bilər.

Mehdiyevin şəbəkəsi İFŞA OLUNDU - 50 nəfərlik şok siyahı
Son xəbərlərDaha çox