Azedu.az

LDU-da iqtisadi mövzuda maarifləndirici tədbir keçirilib

Xəbərlər

31 Oktyabr 2025, 16:58
LDU-da iqtisadi mövzuda maarifləndirici tədbir keçirilib

Lənkəran Dövlət Universitetində Əmanətlərin Sığortalanması Fondu tərəfindən Beynəlxalq Əmanət Günü münasibətilə maarifləndirici tədbir keçirilib.

AzEdu.az xəbər verir ki, əmanətlərin sığortalanması sisteminin 101 illik tarixinə həsr olunmuş tədbiri İqtisadiyyat və İdarəetmə fakültəsinin dekanı Gülbəniz Əliyeva açıb, qonaqları təqdim edib, görüşün mahiyyətini açıqlayıb.

Əmanətlərin Sığortalanması Fondunun ümumi işlər departamentinin direktor müavini Emil Bayramov, təhlil və investisiya departamentinin direktoru Cəlal Rayi, risklərin idarəedilməsi, təhlil və investisiya departamentinin baş mütəxəssisi Lalə Cəfərli, hüquq departamentinin aparıcı hüquqşünası Mirzəhra Miriyeva əmanətlərin sığortalanması sisteminin tarixi, risklərin idarə edilməsi, qanunvericiliyin rolu, böhran şəraitində komminukasiyanın rolu və s. məsələrdən söz açıblar, tələbələrin suallarını cavblandırıblar.

Sonda aktiv tələbələr mükafatlandırılıb.

Mehdiyevin şəbəkəsi İFŞA OLUNDU - 50 nəfərlik şok siyahı
Son xəbərlərDaha çox