Azedu.az

Şəki-Zaqatala RTİ müdiri uzunömürlü pedaoqoqu ziyarət edib

Xəbərlər

31 Oktyabr 2025, 16:50
Şəki-Zaqatala RTİ müdiri uzunömürlü pedaoqoqu ziyarət edib

‎Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Günay Mahmudova və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Şəki Şəhər Komitəsinin sədri Ziyafət Xasıyeva ömrünün 37 ilini təhsilə, gənc nəslin təlim-tərbiyəsinə həsr etmiş, hazırda 100 yaşı olan Afəndə Əmrahovanın evinə gedərək uzunömürlü pedaoqoqu ziyarət ediblər.

AzEdu.az xəbər verir ki, görüş zamanı Afəndə Əmrahova ilə müxtəlif zamanların təhsil ənənələri mövzusunda maraqlı müzakirə aparılıb, uzun illər təhsil sahəsində göstərdiyi fədakar əməyə və gənc nəslin sağlam və milli dəyərlərə bağlı ruhda formalaşmasına verdiyi töhfələrə görə Afəndə Əmrahova minnətdarlıq bildirilib, həmçinin Həmkarlar İttifaqı Şəki Şəhər Komitəsi adından hədiyyə təqdim olunub.

‎‎Daha sonra Afəndə Əmrahova ömrünün təqribən çoxunu əhatə edən müəllimlik fəaliyyətindən, şagirdləri ilə bağlı xatirələrindən danışıb və ona göstərilən diqqətə görə təşəkkürünü ifadə edib.

‎Sonda Afəndə müəllimə ilə xatirə fotosu çəkilib.

Mehdiyevin şəbəkəsi İFŞA OLUNDU - 50 nəfərlik şok siyahı
Son xəbərlərDaha çox