Azedu.az

Süni intellekt əsaslı çoxdilli Çin dili təhsil platforması istifadəyə verildi

Xəbərlər

31 Oktyabr 2025, 10:26
Süni intellekt əsaslı çoxdilli Çin dili təhsil platforması istifadəyə verildi

Çin mənşəli Talkmate şirkəti süni intellektə əsaslanan çoxdilli təhsil platformasını istifadəyə verib. Yeni “AI-powered Multilingual Chinese Education Agent” sistemi istifadəçilərə bir neçə dildə - o cümlədən ingilis, fransız, ispan, rus və ərəb dillərində Çin dili və mədəniyyəti üzrə interaktiv öyrənmə imkanı yaradır.

AzEdu.az xarici mənbədən aldığı məlumata əsasən xəbər verir ki, layihənin məqsədi dil öyrənməni ənənəvi dərs formasından çıxararaq daha canlı, mədəni mübadiləyə əsaslanan təcrübəyə çevirməkdir. Platforma 100-dən çox Çin mədəniyyətinə aid tarixi şəxsiyyətin süni avatarı ilə real vaxtda dialoq qurmaq imkanı təqdim edir. İstifadəçi söhbət zamanı həm dil bacarığını inkişaf etdirir, həm də Çin fəlsəfəsi, poeziyası və tarixi barədə biliklər qazanır.

Talkmate-nin məlumatına görə, sistemdə 5 000-dən çox dərs və 3 000-ə yaxın mədəni məkan üzrə virtual səyahət imkanı mövcuddur. İstifadəçilər “Forbidden City”, “Dunhuang” və “West Lake” kimi tarixi abidələri interaktiv şəkildə araşdıra bilirlər.

Şirkətdən bildirilib ki, layihə dil öyrənməni “ev tapşırığı” deyil, “dostla ünsiyyət” kimi hiss etdirməyi hədəfləyir. Platforma günün 24 saatı əlçatan olacaq və bütün dünyadan istifadəçilərə fərdi öyrənmə təcrübəsi təqdim edəcək.

Bu təşəbbüs süni intellektin təhsildə tətbiqinin genişlənməsinin növbəti nümunəsi kimi dəyərləndirilir. Layihə həm dil öyrənmənin səmərəliliyini artırmaq, həm də mədəniyyətlərarası əlaqələri gücləndirmək məqsədi daşıyır.

Mehdiyevin şəbəkəsi İFŞA OLUNDU - 50 nəfərlik şok siyahı
Son xəbərlərDaha çox