Azedu.az

Nazirlik: Qiyabi təhsil formasının ləğv edilməsi ilə bağlı qərar mövcud deyil

Xəbərlər

30 Oktyabr 2025, 17:24
Nazirlik: Qiyabi təhsil formasının ləğv edilməsi ilə bağlı qərar mövcud deyil

Hazırda qiyabi təhsil formasının ümumilikdə ləğv edilməsi ilə bağlı qərar mövcud deyil.

AzEdu.az xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq Elm və Təhsil Nazirliyindən bildirilib.

Qeyd olunub ki, son illərdə tədris keyfiyyətinin yüksəldilməsi, praktik bacarıqların artırılması və əmək bazarının tələblərinin nəzərə alınması məqsədilə bəzi ixtisaslar (tibb, pedaqogika, mühəndislik, informasiya texnologiyaları və digər bu kimi ixtisaslar) üzrə qiyabi təhsil forması mərhələli şəkildə dayandırılıb.

Mehdiyevin şəbəkəsi İFŞA OLUNDU - 50 nəfərlik şok siyahı
Son xəbərlərDaha çox