Azedu.az

80-ə yaxın direktor vakansiyası var - RƏSMİ

Xəbərlər

30 Oktyabr 2025, 16:32
80-ə yaxın direktor vakansiyası var - RƏSMİ

Yeni yanaşma əsasında direktorların işə qəbulu üzrə müsabiqə çərçivəsində Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi və regional təhsil idarələri tərəfindən ümumilikdə, 80-ə yaxın vakant direktor vəzifəsi müəyyənləşdirilib.

AzEdu.az Modern.az-a istinadən xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) məlumat yayıb.

Bildirilib ki, bütün vakant yerlər mərhələli qaydada elan ediləcək və müsahibələr ardıcıl şəkildə həyata keçiriləcək.

Qeyd edək ki, direktor vəzifəsinə elektron sənəd qəbulu 30 oktyabr 2025-ci il saat 11:00-dan 11 noyabr 2025-ci il saat 17:00-dək //miq.edu.az/direktor  portalı vasitəsilə aparılacaq.

Mehdiyevin şəbəkəsi İFŞA OLUNDU - 50 nəfərlik şok siyahı
Son xəbərlərDaha çox