Azedu.az

“Türk törəsi” layihəsi Füzulidə uğurla başa çatdı

Xəbərlər

30 Oktyabr 2025, 16:22
“Türk törəsi” layihəsi Füzulidə uğurla başa çatdı

Füzuli şəhəri Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin qrant dəstəyi ilə “Türk Dünyası Mədəniyyəti” İctimai Birliyi tərəfindən həyata keçirilən “Türk törəsi - Füzulidə beynəlxalq yay məktəbi” layihəsinin son təlim günü böyük coşqu və ruh yüksəkliyi ilə keçib.

AzEdu.az xəbər verir ki, üç gün davam edən layihə çərçivəsində həm şagirdlər, həm müəllimlər üçün yaradıcı, sosial-emosional və mədəni inkişafı dəstəkləyən çoxsaylı təlimlər və fəaliyyətlər təşkil olunub.

Layihənin əsas məqsədi işğaldan azad edilən ərazilərdə yaşayan məktəblilərin yaradıcılıq, sosial və intellektual potensialının inkişafına dəstək olmaq, Türk dünyası ölkələrinin mədəniyyətini və ortaq dəyərlərini gənc nəslə tanıtmaqdır. Füzuli məktəbliləri bu günlər ərzində həm yeni dünyagörüşü bilikləri qazanıb, həm də komanda ruhunu, əməkdaşlıq və liderlik bacarıqlarını inkişaf etdiriblər.

Mehdiyevin şəbəkəsi İFŞA OLUNDU - 50 nəfərlik şok siyahı
Son xəbərlərDaha çox