Azedu.az

İkinci təhsil almaq istəyənlərin sayı ARTIB

Xəbərlər

30 Oktyabr 2025, 16:44
İkinci təhsil almaq istəyənlərin sayı ARTIB

İkinci ali təhsillə bağlı hazırda əksər universitetlərdə qəbul imtahanları ləğv edilib. Yəni artıq birbaşa, könüllü şəkildə ikinci ali təhsil almaq mümkündür.

Bu fikirləri elm və təhsil eksperti Səbuhi Abdullayev AzEdu.az-a açıqlamasında bildirib.

Ekspertin sözlərinə görə, bəzi insanlar ikinci ali təhsil almaqla daha peşəyönümlü ixtisas seçmək istəyirlər:

“Bu prosesdə müxtəlif ixtisaslara seçim imkanı verilir. Lakin seçim zamanı bir neçə məqama xüsusi diqqət yetirmək lazımdır.

İlk növbədə, dövlət qurumlarında çalışan şəxslər çox vaxt idarəetmə sahəsində biliklərini artırmaq məqsədilə ikinci ali təhsil alırlar. Məsələn, əsas ixtisası tarix olan, lakin idarəetmə sahəsində şöbə və ya sektor müdiri kimi çalışan şəxs bu istiqamətdə ixtisasını dərinləşdirmək istəyir.

Digər tərəfdən, bəzi insanlar ikinci ali təhsil almaqla daha peşəyönümlü ixtisas seçmək istəyirlər. Bəzən əvvəlki ixtisas üzrə iş tapmaq çətin olur və onlar əmək bazarında daha perspektivli istiqamətlərə yönəlirlər.

Təbii ki, bu zaman əmək bazarını yaxşı təhlil etmək və tələbat olan ixtisasları seçmək vacibdir. Günün tələblərinə uyğun olaraq süni intellekt, məlumatlarla işləmə, turizm və digər peşəyönümlü istiqamətlər üstünlük təşkil edə bilər.

Bu sahələri dərindən öyrənmək və həmin istiqamətlərdə işləmək mümkündür. Ümumiyyətlə, hazırda ikinci ali təhsilə maraq azalmayıb, əksinə, təhsillərini davam etdirmək istəyənlərin sayı artıb. Lakin bu zaman ödənilən vəsaitin boşa getməməsi üçün düşünülmüş şəkildə qərar vermək və düzgün ixtisas seçmək çox vacibdir”.

Mehdiyevin şəbəkəsi İFŞA OLUNDU - 50 nəfərlik şok siyahı
Son xəbərlərDaha çox