Azedu.az

Kolleclərin tədris planları əmək bazarına uyğun YENİLƏNMƏLİDİR

Xəbərlər

30 Oktyabr 2025, 15:58
Kolleclərin tədris planları əmək bazarına uyğun YENİLƏNMƏLİDİR

Kolleclərin tədris planları mütəmadi olaraq əmək bazarının dəyişən tələblərinə uyğun yenilənməlidir.

AzEdu.az-a bu sözləri Təhsil İşçilərinin Həmrəyliyi Alyansının (TİHA) sədri, təhsil eksperti Əmrah Həsənli söyləyib. 

171368

Müsahibimiz qeyd edib ki, gənclər ixtisası sadəcə qəbul olunmaq üçün deyil, gələcək peşə kimliyini qurmaq üçün seçməlidirlər:

"Əslində, bu problemin kökündə ixtisas seçimi zamanı peşə yönümünün zəif olması və kolleclərin əmək bazarı ilə əlaqələrinin yetərincə qurulmaması dayanır. Əgər tələbə hansı bacarığı inkişaf etdirdiyini və bu bacarığın gələcəkdə hansı iş imkanlarını açacağını bilmirsə, həmin təhsil prosesi məqsədyönlü nəticə vermir.

İlk növbədə, kolleclərin tədris planları mütəmadi olaraq əmək bazarının dəyişən tələblərinə uyğun yenilənməlidir. Bizim iqtisadiyyat dinamik şəkildə transformasiya olunur  texnologiya, xidmət və sənaye sahələrində yeni peşələr yaranır. Buna görə də, kolleclərdə ənənəvi ixtisaslarla yanaşı, praktiki və əmək bazarına inteqrasiya olunan modullar, qısamüddətli sertifikatlaşdırma proqramları tətbiq olunmalıdır".

Kolleclərin missiyası yalnız “diplom verən” deyil, “peşə yetişdirən” təhsil müəssisəsinə çevrilməlidir:

"İkinci vacib istiqamət  əmək bazarı ilə real əməkdaşlıqdır. Kolleclər öz regionlarında fəaliyyət göstərən müəssisə və şirkətlərlə tərəfdaşlıq müqavilələri imzalayaraq tələbələrin istehsalat təcrübələrini, hətta “dualist təhsil” modelini formalaşdırmalıdırlar. Bu zaman tələbə həm təhsil alır, həm də gələcək iş mühitini yerində tanıyır.

Üçüncü məsələ  məlumatlandırmadır. Tələbələr üçün ixtisas seçimi mərhələsində peşə yönümü testləri, ixtisasların perspektivləri, əmək bazarındakı maaş səviyyələri və tələbat göstəriciləri barədə açıq məlumat platformaları yaradılmalıdır. Gənclər ixtisası sadəcə qəbul olunmaq üçün deyil, gələcək peşə kimliyini qurmaq üçün seçməlidirlər.

Nəticə etibarilə, kolleclərin missiyası yalnız “diplom verən” deyil, “peşə yetişdirən” təhsil müəssisəsinə çevrilməlidir. Bunun üçün həm tədris məzmununda çeviklik, həm də təhsil və bazar arasında real körpü qurmaq vacibdir".

Mehdiyevin şəbəkəsi İFŞA OLUNDU - 50 nəfərlik şok siyahı
Son xəbərlərDaha çox