Azedu.az

“İnternetdən təhlükəsiz istifadə bacarıqları” layihəsinə start verildi!

Xəbərlər

30 Oktyabr 2025, 14:32
“İnternetdən təhlükəsiz istifadə bacarıqları” layihəsinə start verildi!

Elm və Təhsil Nazirliyinin dəstəyi, AZCON Holding şirkətlərindən olan “Aztelekom” MMC və Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə layihənin icrasına başlanılıb.

AzEdu.az xəbər verir ki, layihənin məqsədi şagird və müəllimlər arasında internetdən düzgün istifadə vərdişlərinin formalaşdırılması, rəqəmsal savadlılığın artırılması və onlayn təhlükələrdən qorunma mədəniyyətinin inkişaf etdirilməsidir.

İlk təlim Lənkəran rayonu Şürük kənd tam orta məktəbində keçirilib. Sessiyalar interaktiv formada təşkil olunaraq şəxsi məlumatların qorunması, sosial şəbəkələrdə davranış qaydaları və məsuliyyətli internet istifadəsi mövzularını əhatə edib.

Layihə çərçivəsində növbəti təlimlərin digər bölgələrdə də keçirilməsi planlaşdırılır.

Mehdiyevin şəbəkəsi İFŞA OLUNDU - 50 nəfərlik şok siyahı
Son xəbərlərDaha çox