Alimlərin apardığı araşdırmaya görə, orta məktəb və ali təhsil müəssisələrində təhsil alan 410 tələbə arasında generativ süni intellekt (GenAI) alətlərinə münasibət öyrənilib.
AzEdu.az xarici mediaya istinadən xəbər verir ki, nəticələr göstərir ki, tələbələrin əksəriyyəti bu texnologiyadan həm həyəcan, həm şübhə, həm də narahatlıq hissi ilə istifadə edir.
Araşdırma həmçinin fərq göstərib: orta məktəb şagirdləri GenAI alətlərinə daha çox etibar göstərərkən, ali təhsil tələbələri narahatlıq və şübhə hissi keçirirlər.