Azedu.az

Təhsil böhranı: milyonlarla uşaq məktəbdən kənarda qalıb

Xəbərlər

29 Oktyabr 2025, 16:23
Təhsil böhranı: milyonlarla uşaq məktəbdən kənarda qalıb

UNICEF və UNESCO 29 oktyabr 2025-ci il tarixində yayımladıqları hesabatda Əfqanıstanda təhsil sahəsində ciddi böhran olduğunu açıqlayıb.

AzEdu.az xarici mediaya istinadən xəbər verir ki,  ölkədə on yaşındakı uşaqların 90%-dən çoxu sadə mətnləri belə oxuya bilmir. Məktəblərin kütləvi bağlı olması və qız uşaqlarının təhsil imkanlarının məhdudlaşdırılması ciddi problemlər kimi vurğulanır.

Hesabatda bildirilib ki:

"Təxminən 2.13 milyon uşaq hazırda təhsildən məhrumdur. Qız uşaqlarına təhsil vermə qadağası nəticəsində 2030-cu ilə qədər 4 milyon qızın orta təhsil alması riski var".

Təhsil sahəsindəki böhran şagirdlərin gələcəyinə və ölkənin inkişaf perspektivinə ciddi təsir göstərir.

Mehdiyevin şəbəkəsi İFŞA OLUNDU - 50 nəfərlik şok siyahı
Son xəbərlərDaha çox